Bu gün səhər saat 07.20- 07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdankənar təmin edilib.
Qeyd olunub ki, hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.