26 Avqust 2023 12:29
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu çərçivədə, Lənkəran Tibb Kollecində, Lənkəran şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzi və Lənkəran şəhər 5 saylı körpələr evi - uşaq baxçasında, Hirkan Milli Parkında, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı və Masallı meşəbəyliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların baş vermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 23 saylı dolayında, Cəlilabad və Yardımlı meşəbəyliyində yanğından mühafizə məqsədilə şumlama və meşə dolayına yanğın avtomobillərinin sərbəst yanaşması üçün torpaq yolların salınması işləri aparılıb. Bundan başqa, Lənkəran şəhər, 20 Yanvar küçəsində, Astara şəhər, 28 May küçəsində, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyində isəequru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər