2023-24-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 780 şagird, 94 müəllim olmaqla 6 ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, tədris ili üzrə 300 min işçi heyəti, 2,1 milyon təhsilalan var: "Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin 11 sinif, 120 şağird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası - 1 qrup),
Tərtər rayonu Talış kənd tam orta məktəbi - 7 sinif, 19 şağird, 8 müəllim (Talışkənd uşaq bağçası - 1 qrup),
Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi - 11 sinif , 104 şağird, 15 müəllim,
Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şağird, 16 müəllim,
Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şağird, 15 müəllim və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif, 349 şagird, 25 müəllim qeydiyyatdadır".