7 Sentyabr 2023 11:25
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk Dövlətləri Təşkilatı qardaşlıq hüququna dayanan bir qurumdur. Bizim birliyimiz gücümüzdür".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Respublikasının daxili işlər naziri Əlı Yerlikaya
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında bildirib.

Onun sözlərinə görə, TDT dünya siyasətində önəmli bir gücdür: "Türkiyədə baş verən zəlzələ zamanı çətin günlərimizdə bizə ilk köməyə gələn qardaşlarımız oldu. Azərbaycan zəlzələ zamanı Türkiyədə xəstəxanalar da qurdu. Həmin xəstəxanada xeyli sayda insanın müalicə aldı. Türkiyə bu köməyi heç zaman unutmayacaq".

Əli Yerlikaya əlavə edib ki, iqlim dəyişikliyi kimi qlobal problemlərlə mübarizə seçim deyil, zərurətdir: “Bu təşkilatın birlikdə ciddi işlər görəcəyinə əminəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər