Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
Teleqraf.com xəbər verir ki, bu, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, Slovakiyanın rezidenti bu Sazişin müddəalarına uyğun olaraq Azərbaycanda vergiyə cəlb edilə bilən gəlir əldə edərsə, Slovakiya həmin rezidentin gəlirindən Azərbaycanda ödənilən gəlir vergisinə bərabər məbləğdə verginin çıxılmasına icazə verir. Bununla belə, bu cür çıxılma heç bir halda çıxılma verilməzdən əvvəl Azərbaycanda hesablanmış vergiyə cəlb edilə bilən gelirə aid olan vergi məbləğindən artıq olmamalıdır.
Əgər bu Sazişin hər hansı bir müddəasına müvafiq olaraq, Slovakiyanın rezidenti tərəfindən əldə edilmiş gəlir Slovakiyada vergidən azaddırsa, Slovakiya, qeyd olunana baxmayaraq, həmin rezidentin qalan gəlirinə vergi hesablayarkən, vergidən azad edilmiş gəliri nəzərə ala bilər.