Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.