Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.
Teleqraf.com xəbər verir ki, şəhid atası ötən gün oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.
Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. Ailənin yeganə oğul övladı olan Qərib Baxşəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də sonuncu dəfə Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət etsin!