29 Noyabr 2023 13:44
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın bu gün keçirilən ümumi yığıncağında qaldırılıb.

Belə ki, umumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər