2 Dekabr 2023 12:34
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadına şiddətə son" layihəsi 8-ci ildir baş tutur. Çox təəssüf ki, qadına şiddət, qadın zorakılığı hələ də davam edir. Qadına şiddət deyəndə ilk olaraq gözümüzün qarşısına fiziki və mənəvi zorakılıq gəlir. Bugünkü tədbirimizin mahiyyəti maarifləndirici mesajlar verməkdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda öz ayaqları üzərində duran, sözünü deyən qadınlarımız da var:

"Düşünürəm ki, cəmiyyətə hansısa mənada mesajlar verə biləcəyik. Biz nə edə bilərik ki, cəmiyyətimizdə qadınlarımız şiddətə məruz qalmasınlar. Öncə qadın təhsilli olmalıdır, öz hüquqlarını qorumağı bacarmalıdır. Bizə tez-tez bölgələrimizdən məktublar gəlir, ailələr övladlarına təhsil verə bilmirlər. 14-15 yaşında qızlarımız erkən nikaha daxil olurlar. Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər".

Ruhi Əliyeva bildirib ki, tədbirin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsi sevindirici haldır:

“Qadına ən böyük dəyəri Ümumilli liderimiz verib. Heydər Əliyev deyirdi ki, qadının vəzifəsi və məsuliyyəti ağırdır. Ancaq Azərbaycan qadını bu vəzifəni, öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirir".

İş xanımı televiziyalarda qadınlar və uşaqlar üçün heç bir maarifləndirici verilişin olmadığını da vurğulayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər