Kürdəmir rayonunun Muradxanlı kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan xəbərə rayon icra hakimiyyətindən münasibət bildirib.
Kürdəmir rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Tural Müslümlü Teleqraf.com-a açıqlamasında hər iki şəxsin valideynləri ilə görüş keçirildiyini deyib: “Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya yaradılıb. İclas keçirilib, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli hər iki şəxsin valideynləri ilə görüşüb”.