Növbəti həftə (18,19,21,22 dekabr tarixləri) saat 11:00-dan 12:00-dək 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiya həftənin 1-ci günü Şirvan şəhərində (İcra Hakimiyyətinin qarşısı), 2-ci günü Sabirabad rayonu, Salmanlı kəndində (kənd orta məktəbinin qarşısı), 4-cü günü Saatlı rayonu, Əlisoltanlı kəndində (kənd orta məktəbinin qarşısı), 5-ci günü isə İmişli rayonu, Aranlı kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.