Tarixi binaların fasadlarının simasızlaşdırılması iki mühüm faktor rol oynayır. Biri kondisionerdir, digəri isə pəncərə çərçivələrinin eyni olmamasıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri tədqiqatçı Fuad Axundov “Mədəni irs” forumunun "Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri" panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu problemin həllində müvafiq qurumlar tərəfindən addımlar atılmalıdır:
"Bəzi qurumlar bu problemi çox gözəl həll edib. Bunlar tarixi binada yerləşən Dövlət Sərhəd Xidməti və Dövlət Dəmiryol Xidmətidir. Milli Elmlər Akademiyasının yerləşdiyi İsmayilliyə sarayı isə çox acınacaqlı vəziyyətdədir ".