20 Yanvar 13:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər