Ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə Azərbaycanda bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.
Teleqraf.com xəbər verir ki, ermənidilli seqmentə aid bəzi sosial şəbəkələrdə guya Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüzlüyünə dair məlumatlar yayımlanmaqdadır.
Rəsmi qurumlardan əldə etdiyimiz məlumata görə, bu kimi informasiyaların heç bir əsası yoxdur.
"Belə məlumatların paylaşılması Azərbaycanda demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərinə kölgə salmaq məqsədi güdür və bəzi dairələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsi kimi dəyərləndirilir", - deyə qeyd edilib.