Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqini aparan Meksika Parlamentinin nümayəndələri müşahidələrinin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Meksika Parlamentinin üzvü Alberto Villa Villegas 10 seçki məntəqəsində səsvermə prosesini izlədiyini bildirib.
O, seçki prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkil edildiyini qeyd edib.
Meksika Parlamentinin nümayəndələri demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edib.