Noyabrın 11-də Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və innovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olmuş “Ağıl və Zəka oyunları” layihəsinin təqdimatı keçirilib.
Teleqraf.com-un məlumatına görə, ağıl və zəka oyunlarının əsas faydası əylənərək öyrənməni təmin etməkdir.
Oyunlarla öyrənmək öyrənmə fəaliyyətini daha maraqlı və cazibədar edir. Ağıl və zəka oyunları uşaq inkişafı baxımından önəmli prosesləri əhatə edir. Layihənin icra planı üzrə təlimçilər üçün nəzərdə tutulmuş online təlimləri keçirilməsi planlaşdırılır.
Dünyanın bir çox ölkələrində əhəmiyyəti bilinsə də, Azərbaycanda son zamanlar populyarlaşmağa başlayıb. Ağıl və zəka oyunları zehni bacarıqlarınızı inkişaf etdirmək və əylənmək üçün əla seçim sayılır. Bu oyunları müntəzəm oynamaq düşüncə qabiliyyətlərini gücləndirməyə və yeni strategiyalar hazırlamağa kömək edir.