Vəkillər Kollegiyasının üzvü Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Misir Şahquliyev dövlət hesabına müdafiə etdiyi müvəkkilindən qanunsuz olaraq pul alıb.
O, ağır cinayətdə ittiham edilən şəxsin işini yüngülləşdirəcəyinə söz verib.
Misir Şahquliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalı görünmədiyi üçün istintaq müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Hazırda ibtidai araşdırma davam edir.