21 Fevral 15:44
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya COP29-a ciddi maraq göstərir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.

“Bildiyiniz kimi, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və Almaniya bu konfransa xüsusi maraq göstərir. COP29 böyük uğura malik olacaq. Biz uğura nail olmağa dəstək və kömək göstərmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər