Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yazıçının oğlu məlumat verib.
Mövlud Süleymanlı bu günlərdə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.
Allah rəhmət eləsin!