“Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə Təhsil televiziyası yaradılacaq. “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” Fəaliyyət Planınında nəzərdə tutulmuş dövrdə televiziya fəaliyyətə başlayacaq”.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Cəsarət Valehov deyib.
O bildirib ki, dünyanın bir çox ölkələrində belə televiziyalar yaradılıb:
“Yaponiyada məktəblərin 90%-dən çoxunda bu tip televiziyalar fəaliyyət göstərir. Həmin televiziyada təhsilin bir çox problemləri ilə bağlı verilişlər hazırlanır, şagirdləri maraqlandıran mövzular işıqlandırılır. Bu təcrübəyə əsasən, uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi üçün ölkəmizdə də onlayn televiziyanın yaradılmasını nəzərdə tutur. Bu məsələ “Azərbaycan 2020-Gələcəyə baxış inkişaf strategiyasında da qeyd olunub”.
Sevil