“Hadisə barədə danışa bilmərik. Bu, ailə-məişət məsələsidir”
Bu barədə Teleqraf.com-a həkim Aynur Əsədlinin çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib.
Qeyd edək ki, üç il öncə Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda özünə qayçı ilə xəsarət edərək intihara cəhd edib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.
Məsələ ilə bağlı Aynur Əsədli ilə şöbə müdiri arasında məhkəmə çəkişməsi olub.
Xatırladaq ki, “Unikal”ın yazdığına görə, tanınmış həkim-onkoloq İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə “Loğmed” klinikasının qarşısında həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərib.