14 May 2014 10:22
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda “Nabran Village Holiday” istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə ötən gün məhkəmə prosesi keçirilib.

Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun verdiyi məlumata görə, istirahət mərkəzindəki su hovuzunda nasosa nəzarət edən Aslan Məmmədkərimov ilkin istintaq zamanı verdiyi ifadəsini təkzib edib.

"O, etiraf etmişdi ki, istirahət mərkəzindəki su hovuzunda nasosa nəzarət edir. Ötən gün məhkəmədə isə dediklərinin hamısını təkzib etdi. Dedi ki, istirahət mərkəzi ilə bağlı heç bir əlaqəsi yoxdur", deyə Anar İbrahimov bildirib.

Məhkəmə mayın 16-na qədər təxirə salınıb.


Müəllif: