5 Mart 16:38
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni işğalından azad olunan Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədəki mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən həmin ərazilərdə monitorinqlər aparılıb.

Yoxlamalar əsasında həmin ərazilərdəki mədəniyyət müəssisələrinin mövcud vəziyyəti öyrənilib, müvafiq məlumat bazası yaradılıb.


Müəllif: Teleqraf.com