29 Mart 12:41
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 24 ildir bələdiyyələr fəliyyət göstərir. Amma hələ də onlarla bağlı xırda məsələlər həll edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycanda hələ də hər hansı bələdiyyənin məktəbi, teatrı, xəstəxanası və s. yoxdur:

“Çünki bələdiyyələrin maliyyə imkanları yoxdur. Bu məsələnin həlli üçün çalışılmalıdır. Belə ki, bir kənd yerində maliyyə imkanı olmayan bələdiyyə müəyyən layihələri necə həyata keçirəcək?".


Müəllif: Tapdıq Qurbanlı