1 Aprel 17:35
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Fonddan Teleqraf.com-a bildirilib ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Bir neçə gündür ki, kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər