7 Aprel 16:15
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağda və Xınalıqda qar yağır.

Cənub-şərq küləyi Naftalanda arabir 18 metr/saniyəyədək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan Muxtar Respublikasında 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.


Müəllif: Teleqraf.com