18 Aprel 10:42
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb:

"Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər