19 Aprel 16:04
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağgöl Milli Parkı ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Teleqraf.com-a bildirib ki, Ağgöl Milli Parkında lalələr hər il aprelin əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir.

“Təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir. Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salması tövsiyə edilir. Hər kəsi füsunkar peyzajdan zövq almağa səsləyirik”, - İ.İbrahimova əlavə edib.






Müəllif: Teleqraf.com

Oxşar xəbərlər