30 Yanvar 2015 11:36
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi təsis edilib.

Birliyin yaradılmasında əsas məqsəd gənclərin xarici ölkələrdə təhsil proqramlarının təbliği, tələbələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi, habelə yaradıcılıq fəaliyyətinin inkişafına yardım göstərməkdir.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, birlik həmçinin, elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminarlar, dəyirmi masa, görüşlər, sərgilərin təşkilini də həyata keçirəcək. Ölkə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla müştərək layihələrin təşkili də birliyin fəaliyyət istiqamətinə daxil edilib.

Birliyin təsisçisi və sədri Uçot iqtisad fakültəsinin II kurs tələbəsi Səməd Rzazadədir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər