İyunun 15-16-sı Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti iki gündə gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.