24 İyun 09:55
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov da iştirak edib.

Çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Almaniyadakı Azərbaycan diasporu da bu sahədə uğurla fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yeni təşkil olan nağara kurslarının açılışında iştirak ediblər.

Sonda Ana dili məktəbinin şagirdlərinə Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi adından hədiyyələr təqdim edilib.


Müəllif: Teleqraf.com