Xəbər verdiyimiz kimi, azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb. Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
Qafqaz Müsəlmaları İdarəsinin sədr müavini Fuad Nurullayev Teleqraf.com-a açıqlamasında bu şəxsi tanımadığını deyib:
“Belə bir adam tanımıram. Heç rastlaşmamışam, qarşılaşmamışam. Bizim sahədə fəaliyyət göstərməyən adamlardandır”.