26 İyun 18:12
227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yaşayış yeri yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evi yararsız vəziyyətə düşdüyündən FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.


Müəllif: Teleqraf.com