Dünya bazarında qəhvənin qiyməti kəskin bahalaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Vyetnamdakı quraqlıqlara görə, 2024-cü ilin birinci yarısında robusta qəhvəsinin dəyəri 40 faiz artıb. Bildirilir ki, bu çeşidin ən böyük ixracatçısı dördüncü ildir ki, az məhsul yığır. İstehsalda dünya lideri olan Braziliyanın da arabika məhsulunda azalma gözləyir.
Məhsulun azalmasına görə, London və Nyu-York birjalarında qiymətlər yüksəlib. Analitiklərin fikrincə, robustanın qiymətinin artması 2008-ci ildən bəri rekord həddə çatıb.
Qeyd olunur ki, Milli Qəhvə Assosiasiyası ötən ilin noyabrında məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı. Reallıqda isə məhsul 20 faiz azalıb.