10 İyul 18:53
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Astara və Cəlilabad rayonlarının bir hissəsinə qazın verilişi dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, Astara şəhəri istiqamətində diametri 160 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar Astara şəhəri Qum küçəsi, Nizami küçəsi və S.Vurğun küçəsi olmaqla ümumilikdə 2200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər və eləcə də Cəlilabad rayonunun Seyidbazar kəndi istiqamətində olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Səttarxan, H.Aslanov, M. Hadi, Əzizbəyov, Vaqif, A.Azərtürk, Qurtuluş küçəsinin bir hissəsi və Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndləri olmaqla ümumilikdə 3 200 abonentin qaz təchizatının sabah saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər