Xəbər verdiyimiz kimi, Sabirabadda 33 yaşlı qadın kimyəvi maddə içərək intihar edib. Heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Zöhrab qızı Əliyeva Şirvan xəstəxanasında vəfat edib. Həyat yoldaşının vəfatından sonra 1988-ci il təvəllüdlü Xalid Yavər oğlu Əliyev həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Teleqraf.com-a bildirilib ki, zəhərlənmə şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə daxil olan 1988-ci il təvəllüdlü (cinsi kişi) Sabirabad rayon Həşimxanlı kənd sakininə lazımi tibbi xidmət göstərilib.
Hazırda şəxsin müalicəsi Reanimasiya anesteziologiya və intensiv terapiya şöbəsində davam etdirilir.