22 İyul 17:47
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Nazirliyin Aran Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri ilə birgə qərargah məşqi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyi qurumlarının struktur bölmələrinin qərargahlarının vəziyyətinin qiymətləndirilməsi, təhlilin aparılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması, qüvvə və vasitələrin idarə edilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyət və əməliyyat tədbirlərinin reallığının yoxlanılması, vəziyyətin qiymətləndirilməsi, təhlilin aparılması, qərarların qəbulunda, qüvvə və vasitələrin idarə edilməsində qarşılıqlı fəaliyyətin təşkili üçün vərdişlərin və fövqəladə hallar zamanı Nazirliyin qurumlarının birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsindən ibarət olub.

Tədbir 8 şərti məlumat üzrə iki mərhələdə keçirilib. Birinci mərhələ fövqəladə hallar zamanı xəbərdarlıq, axtarış və qəza-xilasetmə işlərinin təşkili məşq edilib. İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, cəlb ediləcək qüvvə və vasitələrin hesabatının dəqiqləşdirilməsi, idarəetmənin və zərərçəkənlərin ilkin həyat təminatının təşkili diqqət mərkəzində olub.

Məşqin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib, suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər