COP29-un prezidenti Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb. Burada COP29 ilə bağlı əməkdaşlıq, prioritetlər və gözləntilər müzakirə edilib”, - paylaşımda bildirilib.