Yay fəslinin əvəzolunmaz giləmeyvəsi olan qarpızın faydalarını saymaqla bitmir. Dərini yeniləyir, xərçəng və infarkt riskini azaltmaqda böyük rol oynayır. Üstəlik, tumları da faydalıdır.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər qarpızın faydalarını bir çox dərdin dərmanı olaraq açıqlayıb.
Qarpız tumları həm də xolesterolu azaldır. Çiy və ya qurudulmuş qarpız tumları maqneziumla zəngindir. Maqnezium zülal sintezində və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Toxumlar həmçinin depressiya riskini azaldır. Qarpızda antioksidan xüsusiyyətlərə malik yüksək miqdarda likopen var. Likopen qarpıza qırmızı rəngi verən antioksidan xüsusiyyətlərə malik təbii birləşmədir. Araşdırmalar göstərib ki, likopen xərçəng, ürək xəstəlikləri riskini azaldır və təzyiqi aşağı salan təsiri olduğu bilinir. Qarpızın tərkibindəki antioksidantlardan L-sitrulin və L-argininin damarların fəaliyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Bir dilim qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10 faizini ödəyir. Həmçinin tərkibində kalium, A və B6 vitaminləri və minerallar var. Vitamin C immunitet sistemini gücləndirir və bədənin dəmiri mənimsəməsinə kömək edir. Əlavə olaraq, dərinin elastikliyini və dəriyə qan axını artıran kollagen istehsalını artırır. A vitamini göz sağlamlığı üçün vacibdir, dəri hüceyrələrini bərpa etməyə kömək edir və dərinin qurumasının qarşısını alır. B6 vitamini isə zülalların parçalanmasına kömək edir, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirir, dəri çatlarını da aradan qaldırır.
Şirniyyat yerinə qarpız seçən insanlarda bel ətrafında çəkinin azalması müşahidə edilir. Həmçinin, qarpız uzun müddət toxluq hissi yaradır. Pəhrizi pozan şəkərli qidalar əvəzinə qarpız seçmək daha faydalıdır.
Mələksəda Zeynallı