9 Avqust 20:48
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün saat 12:00 radələrində 2001-ci il təvəllüdlü Cəmilə Rəsulova Sumqayıt Tibb Mərkəzinin Travmotologiya şöbəsinin palatasında qaynı İsrafil Rəsulov tərəfindən qətlə yetirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib və İsrafil Rəsulov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, TƏBİB-in yaydığı məlumata görə, hündürlükdən yıxılan Cəmilə Rəsulova sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib: "Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib. Avqustun 9-u saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb".

Bəs xəstəxanada təhlükəsizlik necə təmin olunur? Günün günorta çağında xəstələrlə yaxınlarının görüşünə icazə verilirmi? Belə görüşlər üçün xəstənin özünün razılığı alınırmı?

Bu və digər suallara cavab tapmaq üçün xəstəxanaya yollandıq.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı yalnız rəsmi qurumların cavabını təkrarlamaqla kifayətləndi.

O, Sumqayıt Tibb Mərkəzinin təhlükəsizliyinin necə təmin olunduğuna dair sualdan da yayındı.

Hadisə şahidlərinin dediyinə görə, İsrafil Rəsulov qardaşı arvadı Cəmilə Rəsulovanın qardaşına xəyanət etməsi səbəbindən ailə münaqişəsi zəminində qətlə yetirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər