14 Avqust 15:54
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər