Türkiyəli professor Övgün Əhməd Ərcan Istanbulda gözlənilən zəlzələ ilə bağlı yeni xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, professor İstanbulun riskli və təhlükəsiz bölgələrini açıqlayıb.
Ərcan zəlzələnin İstanbulun Avropa hissəsinə zərər vurma riskini 65 faiz, Anadolu hissəsinə isə 35 faiz nisbətində qiymətləndirib:
“Bunun əsas səbəbi zəlzələ episentrinin Avropa hissəsində olmasıdır. Avropa yaxasında binalar nisbətən köhnədir, keyfiyyətsiz inşa olunub və qanunvericiliyə uyğun gəlmir. Ən təhlükəsiz yerlər İstanbulun şimalıdır”.
Professor bildirib ki, İstanbulda iki zəlzələ gözlənilir:
“Birinci zəlzələ 20-35 saniyə sürə bilər. İkinci zəlzələnin 30 saniyə ilə 40 saniyə arasında davam edəcəyini düşünürəm. İstanbulda indiyədək 16 dağıdıcı zəlzələ olub. Heç birində təkanlar bir dəfə ilə bitməyib. Zəlzələ olduqda ardınca 3-4 zəlzələ baş verir. Yeraltı təkanlar daha 2-3 il davam edəcək. Zəlzələnin qanunu var, bir dəfə baş veribsə, gələcəkdə də olacaq”.