11:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və nazirliyin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib.

Teleqraf.com xəbər verir ki, onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.

***

Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızılgül dəstələri düzüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər