Ermənistan artıq İranın Çabahar limanına çıxış əldə edib ki, bu da Tehran və Avrasiya İqtisadi Birliyi (AİB) arasında ticarətin artmasına töhfə verəcək.
Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabaki deyib.
Onun sözlərinə görə, Tehran limandan istifadə layihəsini tam dəstəkləyir.
Ətabaki əlavə edib ki, Çabaharda bütün AİB ölkələrinin iştirakı üçün artıq infrastruktur hazırlanıb.
Qeyd edək ki, bundan öncə İran Çabahar limanını Hindistana icarəyə verib.