Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.
Teleqraf.com bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Rixard Zorge küçələrində 6 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.
Qarabağ küçəsində parklanma sahəsinə 2 məlumatverici yol nişanı əlavə edilib.
Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.