20:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya müdafiə nazirinin müavinlərini sanksiyalar siyahısına əlavə etməklə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi rəislərinin beş müavininə qarşı sanksiya məhdudiyyətləri tətbiq edilib. O cümlədən Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremikin, eləcə də dövlət katibi Anna Tsivileva siyahıya daxil edilib. Rusiya müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Andrey Buliqa da sanksiyalara məruz qalıb.

Sanksiya siyahısının genişləndirilməsi Rusiya, Çin, Türkiyə və digər ölkələrin vətəndaşlarına və şirkətlərinə də təsir edib.


Müəllif: Arzu

Oxşar xəbərlər