8 Noyabr 14:36
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, işlər tam yekunlaşdıqdan sonra məkan BMT-yə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər