8 Noyabr 11:14
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.

Teleqraf.com xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yürüşlər Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Üzeyir Hacıbəyli küçəsi, Rəşid Behbudov küçəsi, Mərkəzi Bank, Heydər Əliyev Sarayı, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunub.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.

***

10.05

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın Dövlət Himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Yürüşün istiqamətləri aşağıdakı kimidir:

Heydər Əliyev sarayı - Nizami kino Mərkəzi - Neftçilər Prospekti - Azadlıq meydanı - Amay,

Şəhidlər Xiyabanı - Alov Qüllələri - İçərişəhər metrosu - Qala Qapısı - Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli,

Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı,

Olimpik Star - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev Sarayı - Nəsimi heykəli - Neftçilər prospekti,

Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bankı - "28 MALL".

Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər