8 Noyabr 10:55
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni danışıqlar yolu ilə həll etmək istəyinə inanmır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller deyib.

Onun sözlərinə görə, Putin Ukraynadan əl çəkmək niyyətində deyil:

“Putinin Ukrayna ərazisini mənimsəməyə davam etmək tələbindən əl çəkməyə hazır olduğuna dair heç bir sübut görmürük. Putinin razılaşacağı danışıqlar var, orada istədiyi hər şeyi əldə edəcək və Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq haqqı olan heç bir şeyi almayacaq", - deyə spiker bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər