8 Noyabr 15:43
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə qalib gələn Donald Tramp prezident postuna gələndən sonra ABŞ Ukraynadakı münaqişədən çıxacaq.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Müharibə kəskin problemdir, Ukraynada hərbi məğlubiyyət var. Amerikalılar bu müharibədən çəkilməyə hazırlaşırlar. Tramp haqqında çox şey deyirlər, amma heç kimin şübhə etmədiyi bir şey var. Tramp müharibəyə nifrət edir. ABŞ-ın Ukraynadakı münaqişədən çıxması çətin iş olacaq. İki il ərzində onlar dünyanı inandırdılar ki, müharibə və sanksiyalar yaxşıdır, sülh tərəfdarları isə axmaqdır", - Orban bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər